ain.az bildirir, Lent az portalına istinadən.
İyulun 26-da saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 35 yaşlı Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə,
ilkin araşdırmalarla 29 yaşlı Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
11:00
Bakıda məsciddə öldürülən Nadir Səfərovun fotoları yayılıb.
Lent.az həmin fotoları təqdim edir:
***
saat 09:30
Bakıda məsciddə qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə iyulun 26-sı gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən "İmam Ümmət" məscidində qeydə alınıb.
Bakı şəhər sakini, 35 yaşlı Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə öldürülüb. Ona 30-dan çox bıçaq zərbəsi endirilib.
Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 29 yaşlı Elvin Məmmədov saxlanılıb.
O, Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.