Yazını böyüt
Yazını kiçilt
"Bakı–Quba yolunun üzərində yerləşən və hamının tanıdığı məşhur “5 barmaq piri” hər gün yüzlərlə turist və səyyahın dayanıb dincəldiyi bir məkandır. Təəssüflər olsun ki, acınacaqlı vəziyyəti ilə qarşılaşırıq".
Hafta.az xəbər verir ki, bu barədə şəxsi "facebook" hesabında sabiq deputatlığa namizəd, siyasi şərhçi Əlabbas Məhərrəmli paylaşım edib.
O, Quba–Bakı istiqamətindəki tərəfdəki məscidin səliqəli və təmiz olduğu halda, əks istiqamətdə – Bakıdan Qubaya gedən yolda yerləşən iki otaqlı namazgahın illərdir baxımsız, kirli və toz içində olduğunu qeyd edib:

"Yolçular səcdəyə baş qoymağa təmiz yer tapa bilmirlər. Bu əraziyə hansı qurum cavabdehdirsə, xüsusilə Siyəzən rayon İcra Hakimiyyəti yaxşı olardı ki, bu məsələyə diqqət göstərsinlər. Ərazini təmsil edən deputat Müşfiq Məmmədlidən də xahiş edirəm məsələ ilə maraqlansın və bu müqəddəs məkana layiq şərait yaradılsın".
