Rusiya Prezidenti Vladimir Putin 1970-ci illərdə kaskadyor kimi filmlərdə çəkilib.
Missiya.Az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri yazı dərc edib.
Bildirilib ki, bu, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin döyüş sənəti mərkəzində nümayiş etdirilən fotolardan birinin başlığıdır.
Məlumata görə, Rusiya Prezidentinin iyulun 27-də ziyarət etdiyi mərkəzdə Putinin cüdo üzrə məşqi, onun məşqçisi Anatoli Raxlin və digər döyüş sənəti ustalarının fotoları yerləşdirilib.
"Mən o vaxt işlədiyim insanlarla dost olmağa davam edirəm", - deyə Putin vurğulayıb.
Daşqın HəsənovMissiya.Az