AZ

İlkin Fikrətoğlu - Bu klub transferlərə boş yerə pul xərcləməyib

Azərbaycan futbolu tarixində belə hal olmamışdı.

Eyni həftədə Avropada oynayan 4 klubumuzdan üçü qalib gəldi, biri heç-hecə etdi!

Təkcə bu dörd oyun UEFA-nın klub reytinqində Azərbaycana 0, 875 xal qazandırdı.

UEFA-nın sanksiyası üzündən 3 ildir avrokuboklarda təmsil olunmayan Rusiyadan reytinq cədvəlində 28-ci sıranı almağımıza elə də cox qalmayıb.

Yaranma tarixi 1968-ci ildən götürülən “Araz Naxçıvan” ilk dəfə avrokuboklarda oynayır. Rəqib - Yunanıstan “Aris”i ilə müqayisədə əksəriyyət Naxçıvan komandasına şans tanımırdı.

Amma bu klub göstərdi ki, son həftələrdə transferlərə boşuna pul xərcləməyib. "Aris”ə qarşı start heyətdə yeni transferlərdən 5-i yer almışdı ki, hamısı da oyunu yüksıək səviyəd\ə keçirdi.

Xüsusən “Qarabağ”dan yaxşı tanıdığımız Patrik Andrade sanki illərdir “Araz- Naxçıvan”da oynayırmış kimi görünürdü.

Patrik meydanda lider təsiri bağışlayırdı. Almaniyanın üçüncu bundesliqa klubu “Osnabryuk”dan alınan Simakala, sonuncu klubu Kipr “Appolon”u olmuş Boli, eləcə də İsraildən gələn Bar Kohenin də oyunu publika trəfindın bəyənildi.

Komandanın bombardiri Felipe Santos isə təkcə Azıərbaycan çempionatında deyil. avrokuboklarda da qol vurmaq bacarığını göstərdi.

Əksəriyyət belə “Araz-Naxçıvan” gözləmirdi. Hətta rəqib özü də. “Aris”in baş məşqçisi Marinos Ouzounidis də “Araz- Naxçıvan”ın bütün komponentlərdə onları üstələyib layiqli qələbə qazandığını bildirib.

Elmar Baxşıyevə afərin! Ötən illərdə “Qəbələ” ilə avrokuboklarda uğurlu ola bilıməsə də, “Aris”lə ilk “imtahan”dan üzüağ çıxdı.

Komandasının xüsusən qol buraxdıqdan sonra ruhdan düşməməsi, toparlanıb güclü rəqibə 2 qol vurması təqdirəlayiqdir Hələ son dəqiqələrdə Hamidu Keyta qapıçıyla təkbətəki dəyərləndirsəydi. “Araz Naxçıvan” Yunanıstana bir qədər rahat da yollana bilərdi.

Avropada debüt oyununda güclü rəqibi məğlub etməklə “Araz-Naxçıvan” bu tarixi hadisəni qələbə ilə bəzədi. İndi qalır cavab oyununda bu üstünlüyü qorumaq.

İlk oyunda uduzan “Aris” cavab matçında artıq tanıdığı “Araz-Naxçıvan”dan revanş üçün bütün gücünü qoyacaq. Salonikinin çılğın azarkeşləri də komandamız üçün psixoloji təzyiq yaradacaq.

“Aris”in baş məşqçisi də cavab oyununa arxayındır:

“Salonikidə tamamilə fərqli oyun olacaq. Görəcəksiz. İkinci oyunda daha yaxşı olacağıq. Təcrübəli oyunçularımız var. Onların yaxşı reaksiya verəcəyini gözləyirəm”.

Elmar Baxşıyev, bu qələbəyə görə cox sağ olun! Amma Mərdəkanda döyüşü qazanmısız, müharibəni isə Egeyin sahillərində bitirməlisiz.

Mərhələni keçməsəz belə, bu faciə olmayacaq, ona görə, rahat oynayıb, lazımi nəticəni qazana bilərsiz.

Uğurlar, “Araz-Naxçıvan”!

İlkin Fikrətoğlu

Seçilən
6
sportinfo.az

1Mənbələr