“Samsung Electronics” amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Maskın şirkəti üçün çip tədarük edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mask “X” hesabında paylaşım edib.
İş adamı bunun üçün sözügedən transmilli şirkətlə 16,5 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.
“Samsung”un Texasda yerləşən yeni meqafabriki “Tesla”nın yeni nəsil AI6 çipinin istehsalına həsr olunacaq. Onun strateji əhəmiyyətini qiymətləndirmək olmaz”,- deyə İ. Mask bildirib.
Qeyd edək ki, “Samsung” bu müqavilənin detallarını 2033-cü ilin sonuna qədər açıqlamayacaq. Səbəb isə şirkətin kommersiya sirlərini qorumaqla bağlı öhdəlik götürməsidir.
AI6 çipinin konkret nə vaxt istehsal ediləcəyi elan edilməsə də, Mask daha əvvəl yeni nəsil A15 çipinin istehsalına 2026-cı ilin sonunda başlayacağını bildirmişdi.
Xatırladaq ki, “Samsung” şirkəti hazırda “Tesla”nın A14 çiplərini istehsal edir.