AZ

"Aeroflot" 42 reysi təxirə salıb

Rusiyanın “Aeroflot” aviaşirkəti informasiya sistemlərində baş vermiş nasazlıq səbəbindən 42 reysi ləğv edib 

Operativ Media xəbər verir ki, bu barədə şirkətdən açıqlama yayıb.

"Ləğv olunmuş reyslərin sərnişinləri daha əvvəl rəsmiləşdirilmiş baqajlarını götürmək üçün “Şeremetyevo” hava limanının baqaj verilişi zalına müraciət edə bilərlər. Sərnişin sıxlığının qarşısını almaq məqsədilə hava limanını tərk etməyiniz xahiş olunur", - deyə açıqlamada bildirilib.

Şirkətdən əlavə edilib ki, ləğv olunmuş reyslərin sərnişinləri 10 gün ərzində biletlərini ya qaytara, ya da digər reyslərə dəyişdirə bilərlər.

Bununla yanaşı, “Aeroflot” sərnişinlərin diqqətinə çatdırıb ki, hazırda “Şeremetyevo” hava limanındakı kassalarda biletin geri qaytarılması və ya dəyişdirilməsi həyata keçirilmir.

Seçilən
36
operativmedia.az

1Mənbələr