AZ

Braziliya: "BRİKS-ə sadiqik"

Bu sözləri Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın xarici işlər üzrə ali müşaviri Selsu Amorim Britaniyanın "Financial Times" qəzetinəaçıqlamasındadilə gətirib. O vurğulayıb ki, hücumlar və hədələr ölkənin BRİKS ilə münasibətlərini nəinki zəiflətmir, əksinə daha da möhkəmləndirir.

"Biz müxtəlif ölkələrlə münasibətlər qurmaq, yalnız bir ölkədən asılı qalmamaq istəyirik. BRİKS-lə yanaşı Cənubi Amerika, Avropa və Asiyanın digər ölkələri ilə də əlaqələri artırmaq niyyətindədir",– müşavir söyləyib.

Qəzet yazır ki, ABŞ Prezidenti Donald Tramp bu ay iki dəfə Braziliyaya hədə-qorxu gəlib. O, BRİKS-in anti-ABŞ siyasətini diqqətə çatdıraraq, bu ittifaqın sammitinin keçiriləcəyi istənilən ölkəyə 10%, xüsusiləBraziliyaya isə 50% rüsum – cəzairəli sürəcəyini vurğulayıb. Tramp həmçinin Silva hökumətimi "söz azadlığına hücum", "gülünc senzura tədbirləri" və "ədalətsiz ticarət əlaqələri"ndə təqsirləndirilib.

"Donald Trampın Braziliyanın daxili işlərinə qarışması yolverilməzdir. Bu çərçivədə BRİKS-i ABŞ-nin geri addım atdığı çoxqütblü dünya nizamını dəstəkləməyə çağırırıq",– Amorim vurğulayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
31
2
azvision.az

3Mənbələr