Suriyada yeni administrasiya altında ilk parlament seçkiləri sentyabr ayında keçiriləcək.
Publika.az xəbər verir ki, bu barəd Suriya seçki prosesinin rəhbəri Məhəmməd Taha SANA dövlət xəbər agentliyinə bildirib.
"Xalq Məclisində səsvermənin sentyabrın 15-dən 20-dək keçiriləcəyi gözlənilir", - deyə Məhəmməd Taha əlavə edib.
Xatırladaq ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildikdən sonra Əhməd əl-Şara ölkənin müvəqqəti prezidenti təyin edilib.