Bakı, 28 iyul, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 26-da və 27-də ümumi çəkisi 15,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilən 15 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildiirlib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.