Amerika Birləşmiş Ştatlarının Kosmik Tədqiqatlar Agentliyi (NASA) 2025 OW adlı nəhəng asteroidin Yerə yaxınlaşdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu meteoritin Galata Qülləsi boyda olduğu təxmin edilir və saatda 75.000 kilometr sürətlə hərəkət edir.
NASA tərəfindən verilən məlumata görə, bu gün – 632.000 kilometr məsafəyə yaxınlaşacaq nəhəng asteroidin Yer kürəsinə dəyməsi heç bir təhlükə yaratmayacaq. Bu meteorit yüz minlərlə kilometr uzaqlıqdan keçəcək və zərbə riski yoxdur.
Qeyd edək ki, bu yaxınlaşma kosmik tədqiqatçılar tərəfindən diqqətlə izlənilir və yer üzərində heç bir təhlükə törətməyəcək.