AZ

İsmayıllıda maşın aşdı, 1 nəfər yaralandı - VİDEO

İsmayıllı rayonunun Bizlan kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza iyulun 26-da qeydə alınıb.

Belə ki, "AzSamand" markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Seymur Əli

Seçilən
18
18
unikal.az

10Mənbələr