Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda iri sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 8,508 milyard manat təşkiledib.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, mayayının sonu ilə müqayisədə 21,4 milyon manat və ya 0,25%çoxdur.
Belə ki, cari ilin may ayının sonunda Azərbaycanda irisahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,486 milyardmanat idi.
Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının bizneskredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə,Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkəüzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5%-ini irisahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət;nəqliyyat vasitələrinin təmiri” (22,8%), “Emal sənayesi” (13,3%),“Tikinti” (11,6%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,3%)sahələrində yaradılıb.