AZ

Rusiya ordusu Kiyevi vurdu: Xəsarət alanlar arasında uşaq da var

İyulun 28-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyevə hücum edib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində Darnitski rayonunda çoxmərtəbəli yaşayış binasının sakinləri yaralanıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, girişlərdən birində 6-cı mərtəbədən 11-ci mərtəbəyə qədər olan pəncərələr partlayış dalğası nəticəsində zədələnib.

Son məlumata görə, səkkiz nəfər yaralanıb. Şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, onların arasında üç yaşlı uşaq da var. Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

"Yaşayış binasının yaxınlığında dayanmış avtomobillərə ziyan dəyib, lakin yanğın baş verməyib", - deyə Tkaçenko əlavə edib.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri iyulun 27-də saat 22:15-də Rusiya pilotsuz təyyarələrinin hücumu təhlükəsi ilə əlaqədar hava hücumu xəbərdarlığı elan edib. Bu məqalə dərc olunarkən xəbərdarlığın ləğv edilməsi barədə heç bir məlumat yox idi.

Seçilən
18
publika.az

1Mənbələr