AZ

Ukrayna Azərbaycandan qaz idxal edəcək

BAKI, 28 iyul. TELEQRAF

Ukrayna Transbalkan dəhlizi ilə ilk dəfə Azərbaycan qazı idxal edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Naftogaz" şirkətinin rəhbəri Sergey Koretski məlumat verib.

"Ukrayna Transbalkan dəhlizi ilə ilk dəfə Azərbaycan qazı idxal edir. SOCAR qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə qaz alışı üzrə ilk müqavilə imzalanıb.

Sınaq tədarükü Bolqarıstan və Rumıniya üzərindən həyata keçiriləcək. Bu, həcmi baxımından kiçik olsa da, strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığın yolunu açır. Eyni zamanda tədarük mənbələrinin diversifikasiyasına daha bir nümunədir", ", –Koretski səhifəsində bildirib.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr