Bu ilin iyul ayının 1-nə kimi Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi məlum olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.45% təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.42 faiz artım deməkdir.
Cari ilin iyul ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6.35% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 0.43 faiz çoxdur.