AZ

AzMİU-nun biznes inkubatoru beynəlxalq səviyyədə tanındı

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdindəfəaliyyət göstərən İnnovativ Biznes İnkubator mərkəzi GlobalInnovation Institute (GINI) tərəfindən Akkreditə Olunmuş Biznesİnkubator (ABI®) statusu alaraq rəsmi beynəlxalq sertifikatlatəltif edilib.

Bu nailiyyət AzMİU-nun innovasiya, sahibkarlıq və startupekosisteminin inkişafına verdiyi davamlı dəstəyin və sistemlifəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qazanılan sertifikat aşağıdakı istiqamətlər üzrə mühümirəliləyişlərin nəticəsidir:

- tələbələrin innovativ ideyalarının stimullaşdırılması;

- startapların inkşafı üçün effektiv mühitin yaradılması;

- akademik biliklərin real bazar ehtiyacları iləinteqrasiyası;

- beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanların açılması.

Sertifikasiya prosesi çərçivəsində həyata keçirilən audit vəakkreditasiya mərhələlərində İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin və Code Academy komandası tərəfindən göstəriləntexniki və metodoloji dəstək əhəmiyyətli rol oynamışdır.

AzMİU bu beynəlxalq tanınmanın ölkədə innovasiya vəsahibkarlığın inkişafına əlavə töhfə verəcəyinə inanır və buistiqamətdə fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Seçilən
33
4
az.trend.az

9Mənbələr