AZ

Novxanıda dənizdə batan 2 nəfərin meyiti tapılıb

Novxanı ərazisində dənizdə batan 2 nəfərin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Operativ Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat verib. 

Bildirilib ki,  Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
25
34
operativmedia.az

10Mənbələr