Bakı. Trend:
Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçişəhərində keçirilən 6-cı “Kəmər və Yol” Akademik Forumunda SəhiyyəNazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoruGülnaz Dadaşova və institutun elmi işçisi Vüsal Hacıyev iştirakediblər.
Trend xəbərverir ki, Forum Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsüçərçivəsində tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlığıngenişləndirilməsinə həsr olunub. Tədbir, həmçinin Sincan UyğurMuxtar Vilayətinin 70 illiyi və Çinin 14-cü Beşillik Planının yekunmərhələsi ilə üst-üstə düşüb.
Forumda çıxış edən Gülnaz Dadaşova Azərbaycanda icbari tibbisığortanın tətbiqindən əvvəl və sonra səhiyyə sahəsində baş verəndəyişikliklərdən bəhs edib. Vüsal Hacıyev isə ürək-damarxəstəliklərindən ölüm hallarının azaldılmasında kardioloji xidmətinrolu ilə bağlı təqdimatla çıxış edib.
Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Forumçərçivəsində Gülnaz Dadaşova ilə Sincan Xalq Xəstəxanasınındirektoru Yan Yin arasında əməkdaşlığa dair memorandumimzalanıb.
Bu sənəd Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzunun artmasınavə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətininyüksəldilməsinə xidmət edəcək.