Rusiyalı jurnalist, Dövlət Duması spikerinin keçmiş müşaviri və LDPR mərkəzi aparatının keçmiş rəhbərinin müavini Anastasiya Kaşevarova avqustun 1-dən Rusiyada WhatsApp və VPN-in bloklanacağını bildirib.
AzPost-un məlumatına görə, o, bildiri ki, WhatsApp fırıldaqçılara və Ukrayna Silahlı Qüvvələrinə kömək edir.
Kaşevarovanın sözlərinə görə, düşmən cəbhə zonasında jurnalistlərin və hərbi qulluqçuların marşrutlarını bu messencer vasitəsilə öyrənib və bu, bəzən onların ölümünə səbəb olub.
Bundan əlavə, o, WhatsApp vasitəsilə ruslardan pul oğurlamaq üçün fırıldaqçı sxemlərin qurulduğunu qeyd edib.
Bununla belə, jurnalist avqustun 1-dən etibarən Rusiyada messencerin mümkün bloklanması ilə bağlı məlumatı haradan aldığını göstərməyib.
İyulun 24-də Dövlət Dumasının Rəqəmsal Siyasət Komitəsinin rəhbəri Sergey Boyarski bəyan edib ki, Rusiyada WhatsApp və ya Telegram messencerlərinin bloklanması ilə bağlı heç bir qərar qəbul edilməyib.
Dövlət Duması avqustun 1-də bloklanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski bu məlumatın “yersiz sızma” olduğunu bildirib.
WhatsApp dünyanın ən populyar messenceridir: ondan hər ay 3 milyarddan çox insan istifadə edir.