AZ

Bolqarıstandakı yanğının Türkiyəyə keçməsinin qarşısı alınıb

Bolqarıstanda başlayan meşə yanğınının Türkiyə ərazisinə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülüb.

Bakues.az xəbər verir ki, bu barədə Ədirnənin Lalapaşa bölgəsinin bələdiyyə başçısı Zəfər Sezgin Geldi məlumat yayıb.

O bildirib ki, Türkiyə tərəfdə yanğının yayılmaması üçün yanğınsöndürən və bələdiyyə qrupları tam koordinasiyada fasiləsiz işləyir.

“Sərhəd kəndlərində və polis bölmələrində təhlükə yoxdur. Yanğının Türkiyə ərazisinə keçməsi ehtimalı istisna olunur. Hazırda vəziyyət nəzarət altındadır”,- açıqlamada diqqətə çatdırılıb.

Seçilən
16
1
icma.az

2Mənbələr