Belçikanın “Standard” klubunun mərkəz müdafiəçisi Natan Nqoy bundan sonra “Lill” komandasının uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
“Lill” 22 yaşlı futbolçunun transferi üçün 4,5 milyon avrosundan keçib. Belçikalı müdafiəçi ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Natan Nqoy “Standard”ın öz yetirməsidir. O, Lyej klubunun əsas komandasında 53 oyun keçirib, 1 qol vurub.
Nqoy Belçikanın U-15, U-16, U-17 və U-19 yığmalarında oynasa da, U-21-də və əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.
