AZ

"Petrokub" Bakıya qələbə ilə gəlir

BAKI, 28 iyul. TELEQRAF

"Sabah"ın UEFA Konfrans Liqasının II mərhələsindəki rəqibi "Petrokub" Moldova Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Xınçestı şəhər təmsilçisi VI turda evdə "Daçiya Buyukan" klubu ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Petrokub"un heyətində Petru Popesku dubl edib (31, 90+1). Qonaqlardan isə 43-cü dəqiqədə Marin Keruntu penaltidən fərqlənib.

Bu qələbə ilə Şota Maxaradzenin rəhbərlik etdiyi kollektiv xallarının sayını 11-ə çatdıraraq 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, "Sabah" Kişineuda keçirilən ilk oyunda 2:0 hesablı qələbə qazanıb. Tərəflər arasında cavab oyunu iyulun 31-də "Əlincə" stadionunda təşkil olunacaq.

Seçilən
30
teleqraf.com

1Mənbələr