Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85milyon manat artırılaraq 1 153 000 manataçatdırılıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindəngüzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85milyon manatın ayrılması ilə mümkün olub.
Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkəhesabında yazıb.
Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev hər ilİpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalınınartırılması ilə əlaqədar müvafiq fərman imzalayır:
“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipotekakreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktikolaraq hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsiüçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnaməkapitalına əlavə olunur.
Bütövlükdə fondun nizamnamə kapitalı artdıqca daha çox ipotekakreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlərilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinindaha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürməkimkanı deməkdir”.
Deputat qeyd edib ki, indiyədək fond tərəfindən 54918 ipoteka krediti verilib. Verilmiş ipotekakreditlərinin məbləği isə 3 560 000 manatdançoxdur.