Azərbaycan millisinin üzvü Coşqun Diniyev klubsuz qalıb.
Fanat.Az xəbər verir ki, 2025-ci ilin fevralında "Bandırmaspor" klubundan transfer olan Diniyev 6 aya yaxın davam edən "Çorum" macərasından sonra sözügedən komandadan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. 1-ci liqa təmsilçisi Coşquna təşəkkür edib və karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Coşqun Diniyev Türkiyə karyerasında "Bandırmaspor" və "Çorum"la yanaşı, "Ümraniyespor"da da forma geyib.