Rusiyanın "Spartak" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeşin transferini bitirmək üzrədir. Artıq Moskva təmsilçilərinin İstanbulda olduğu və "Beşiktaş"la danışıqlar apardığı deyilir. Türkiyəli insayder Yağız Sabuncuoğlu da öz sosial şəbəkə hesabında bu barədə yazıb.
Fernandeş "Beşiktaş"a 2022-ci ilin yayında keçib. Bu dövr ərzində portuqaliyalı yarımmüdafiəçi "qara qartal"ın heyətində 131 oyun (bütün turnirlərdə) keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.
Mətləb