AZ

28 İyul – Ümumdünya Hepatitlə Mübarizə Günü

28

Hepatit – qaraciyərin iltihabı ilə xarakterizə olunan, lakin çox zaman səssiz keçən və ölümcül nəticələrə yol aça bilən ciddi bir xəstəlikdir. Hər il dünyada milyonlarla insan hepatit viruslarının (A, B, C, D və E) səbəb olduğu xəstəliklərdən əziyyət çəkir. 28 iyul, Nobel mükafatı laureatı, hepatit B virusunu kəşf edən alim Baruç Blumberqin doğum günüdür və bu gün dünyada Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Niyə bu gün vacibdir?Hepatit B və C növləri qaraciyər sirozu və qaraciyər xərçəngi kimi ağır nəticələrə səbəb ola bilər.Dünyada təxminən 300 milyondan çox insan xroniki hepatitlə yaşayır – çoxları isə bu vəziyyətdən xəbərsizdir.Erkən diaqnoz və müalicə minlərlə həyatı xilas edə bilər.Hepatit B-yə qarşı effektiv peyvənd var. Hepatit C isə müalicə oluna bilən virusdur.Nə etməliyik?Müntəzəm qan testləri ilə yoxlanmaqQanla və bədən mayeləri ilə təmasda gigiyenik qaydalara əməl etməkHepatit B əleyhinə peyvəndləməTəhlükəsiz qan transfuziyası və steril tibbi alətlərin istifadəsi Unutma:"Bilmək – Qorunmaqdır!"Hər birimiz bu gün maariflənməklə, yoxlanmaqla və ətrafımızdakıları məlumatlandırmaqla həyat xilas edə bilərik.Ulusum.az

Diqqət Çəkənlər

Rubio 2028-ci il üçün “ prezident namizədi”ni açıqladı

Bakıdakı möhtəşəm konsertə görə hərəkət məhdudlaşdırıldı

Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı

Seçilən
76
ulusum.az

1Mənbələr