“Sabah”ın Konfrans Liqasındakı rəqibi “Petrokub” Moldova çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Daçia” ilə qarşılaşıb. Görüş “Petrokub”un qələbəsiylə başa çatıb – 2:1.
Komanda 5 turdan sonra 11 xalla 3-cü sıradadır.
“Sabah” “Petrokub”u II təsnifat mərhələsinin ilk oyununda səfərdə məğlub edib – 2:0. Komandalar arasındakı cavab görüşü isə iyulun 31-də Bakıda olacaq.