
Fransanın parlamentdəki “Milli Birlik” (Rassemblement National) fraksiyasının lideri Marin Le Pen Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin uğursuzluğa düçar olduğunu bəyan edib. Bu barədə o, sosial şəbəkə X-dəki hesabında məlumat verib.“Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə ABŞ prezidenti Donald Tramp arasında bağlanmış saziş siyasi, iqtisadi və mənəvi fiyaskodur”, – deyə Le Pen yazıb.Onun sözlərinə görə, Aİ ölkələri Böyük Britaniyaya nisbətən daha pis şərtlər əldə ediblər.Siyasətçi qeyd edib ki, saziş birtərəfli (asimmetrik) müddəalar ehtiva edir.“Fransa hər il ABŞ-dan yüz milyardlarla avro dəyərində qaz və silah idxal etməli olacaq. Bu, sənayemizin təslim olması və enerji suverenliyimizin itirilməsidir”, – deyə o izah edib.Ulusum.az
Diqqət Çəkənlər
Rubio 2028-ci il üçün “ prezident namizədi”ni açıqladı
Bakıdakı möhtəşəm konsertə görə hərəkət məhdudlaşdırıldı
Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı