AZ

Pensiyaçı qadını aldadıb 5 kilo qızılını və 1,4 milyon manatını aldılar

Yazını böyüt
Yazını kiçilt

Moskvada təqaüdçü qadın telefon fırıldaqçılarına 5 kiloqram qızıl və 63 milyon rubldan (təxminən 1 milyon 370 min manat) çox pul verib.

Hafta.az-ın yazdığına görə, hadisə fırıldaqçıların qadını “qapı zəngini dəyişdirmək” adı ilə aldadaraq SMS vasitəsilə göndərilən təhlükəsizlik kodlarını alması ilə başlayıb.

Hadisə özünü “xidmət işçisi” kimi təqdim edən şəxsin təqaüdçüyə zəng edərək binada qapı telefonunun dəyişdirildiyini deməsi ilə başlayıb. Fırıldaqçı onu “yeni açarlar əldə etmək” üçün mətn mesajı ilə alınan kodu təqdim etməyə inandırıb. Qadın kodu paylaşanda fırıldaqçılar onun hesablarına giriş əldə ediblər.

Daha sonra özünü Rusiya Telekommunikasiya Nəzarət Xidmətinin (Roskomnadzor) əməkdaşı kimi təqdim edən başqa bir dələduz qadının şəxsi məlumatlarının oğurlandığını, onun və ərinin adına saxta etibarnamələrin verildiyini iddia edib. Onlar qadını "əmanətlərini qorumaq üçün təlimatlara əməl etməli" olduğuna inandırdılar.

Fırıldaqçılarla telefon və video zənglər vasitəsilə beş gün əlaqə saxladıqdan sonra qadın əlindəki bu qədər pul və zinət əşyalarını kuryerlərə verib: 200 min dollar, 20 min avro, 4 milyon rubl və 250 qramlıq 20 qızıl külçə (cəmi 5 kq).

Onun ümumi itkisi 63,7 milyon rubl (təxminən 1 milyon 370 min manat) olaraq qiymətləndirilib.

Xatırladaq ki,  ötən ay Surqutda 73 yaşlı qadın “təhlükəsiz hesab”dan istifadə edərək onu aldadan fırıldaqçılara 5 milyon rubl (təxminən 107 min manat) ödəyib. Hətta evini satıb pulu da onlara göndərib.

Bundan əvvəl Moskvada 86 yaşlı təqaüdçü fırıldaqçılarla bir il əlaqə saxladıqdan sonra 90 milyon rubl (təxminən 1 milyon 928 min manat) itirib.

Təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, bu fırıldaqlar xüsusilə yaşlıları hədəf alır. Ona görə də ailələrə bu fırıldaqlar barədə yaşlı qohumlarına məlumat vermələri tövsiyə olunur.

Seçilən
28
hafta.az

1Mənbələr