Musavat.com xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan qatarda təxminən 100 sərnişin olub. Hadisə nəticəsində azı 3 nəfərin həyatını itirdiyi, 50-dən çoxunun isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Fövqəladə hadisə meşəlik ərazidə yerləşən dəmir yolu sahəsində baş verib. Axtarış-xilasetmə işləri davam edir, xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib və bir neçəsi helikopterlə xəstəxanalara çatdırılıb.
Almaniya rəsmiləri qəzaya nə səbəbin yol açdığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Hadisənin dəqiq səbəbləri yaxın günlərdə açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31