Yeni dövrün çağırışlarına səs verən azərbaycanlı Günəş Dadaşzadə özünə "Youtube" kanalı açaraq, bu platformada maraqlı təşəbbüsə qoşulub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, kanalında futbol şərhçiliyinə, həmçinin xəbər yayımlarına başlayıb.
Balaca qızın bu işə marağı təsadüfi deyil. Belə ki, o, həm də "Sabah"ın azyaşlı qızlardan ibarət komandasının üzvüdür.