Zelenskinin antikorrupsiya orqanlarının müstəqilliyini məhdudlaşdıran qərarı Brüsseli narahat edib...
Poliqon xəbər verir, Avropa İttifaqı Ukraynaya ayrılması planlaşdırılan 4,5 milyard avroluq yardım paketindən 1,5 milyard avronun verilməsini müvəqqəti dayandırıb. Bu barədə The New York Times məlumat yayıb.
Qərarın səbəbi Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı yeni qanundur. Sənədə əsasən, ölkənin əsas antikorrupsiya qurumları olan Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu müstəqil statusdan məhrum edilərək Baş Prokurorluğun tabeliyinə verilib.
Avropa İttifaqı bu addımı antikorrupsiya mübarizəsinə zərbə kimi qiymətləndirib və yardımı dayandırmaq qərarı verib.
Poliqon.info