AZ

Xırdalanda yolu qazıb sürücülərə sürpriz hazırladılar: Maşınlara ciddi ziyan dəydi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xırdalan şəhərində baş verən hadisənin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, sürücülər təmir gedən ərazidə kütləvi şəkildə çuxura düşüblər. Belə ki, söhbət Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsindən gedir. Həmin ərazidə təmir işləri ilə əlaqədar olaraq yolun mərkəzi hissəsində qazıntı işləri aparılıb. Daha sonra isə düzgün doldurulmadığı üçün orada dərin çuxur yaranıb. Günün qaranlıq saatlarında sola dönən sürücülər çuxuru görmədikləri üçün ora düşüblər. Nəticədə avtomobillərə maddi ziyan dəyib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
avtosfer.az

1Mənbələr