AZ

Türkiyə klubu millimizin üzvü ilə yolları ayırdı

style='margin-bottom:10px;'>

"Çorum" (Türkiyə) Azərbaycan millisinin üzvü Coşqun Diniyevlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

1-ci liqa təmsilçisi Coşquna təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Coşqun Diniyev bu ilin fevralından "Çorum"da oynayırdı.

 

Seçilən
44
1
teleqraf.com

2Mənbələr