Əllidən çox uşaq və 34 yetkinlik yaşına çatmış şəxs üzərək Mərakeşdən İspaniyanın Seuta anklavına keçib.
Operativ Media xəbər verir ki, bu barədə İspaniyanın RTVE kanalı məlumat yayıb. Bildirilir ki, İspaniyaya dəniz yolu ilə daxil olmaq istəyənlərin böyük hissəsi sahilə qədər gələ bilib. Bir neçə nəfəri isə Mülki Qvardiya xilas edib.
Qeyd edək ki, İspaniyanın Seuta və Melila anklavları mərakeşli miqrantların Avropaya çatmaq üçün ən çox istifadə etdikləri yoldur.