AZ

Husilər yenidən fəallaşıblar

Bu barədə təşkilatın hərbi sözçüsü, briqada generalı Yəhya Səri yerli televiziyadadanışıb.O diqqətə çatdırıb ki, İsrail tərəfi ilə iş görən şirkətlərə məxsus gəmilər "ölkələrinə fərq qoyulmadan" hədəfə alınacaq.

"Bütün ölkələrə çağırış ünvanlayırıq. Bu və ya digər şirkət xəbərdarlığımıza məhəl qoymasa, onun gəmiləri hücuma məruz qalacaq. Bu gəmilərin haraya doğru üz tutduğu da güzəşt fürsəti daşımır", – general vurğulayıb.

Onun sözlərinə görə, mümkün eskalasiyadan yayınmağın yeganə yolu "İsrailə qarşı təzyiq göstərmək və Qəzza zolağına humanitar yardımın keçidinə icazə vermək"dir.

Xatırladaq ki, iranyönümlü "Husi" qruplaşması 2023-cü ilin oktyabr ayının 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri HƏMAS-a və ümumiyyətlə, Fələstinə "qahmar çıxıb", Qırmızı dənizdə və ətraf sularda İsraillə əlaqələri gəmiləri vurmağa başlayıb. Husilərin hücumları nəticəsində beynəlxalq iqtisadiyyat təhlükə ilə üzləşib.

Firudin Həmidli
AzVision.az
Seçilən
38
1
azvision.az

2Mənbələr