AZ

Britaniyada Trampa görə təyyarəni partlatmaqla hədələyən sərnişin saxlanılıb

Sərnişin “Allahu Əkbər” qışqıraraq bomba partladacağını deyib, lakin üzərində partlayıcı aşkarlanmayıb...

Poliqon xəbər verir, Britaniyanın EasyJet aviaşirkətinə məxsus reysdə 41 yaşlı sərnişin ABŞ-ın sabiq prezidenti Donald Trampın siyasətindən narazı olduğu üçün təyyarəni partlatmaqla hədələyib. BBC və Daily Mail-in məlumatına görə, sərnişin digər insanlar tərəfindən zərərsizləşdirilərək yerə yıxılıb. The Sun yazır ki, hadisədən sonra stüardessalar onun baqajını yoxlayıb və heç bir şübhəli əşya aşkarlamayıblar.

Hadisə iyulun 27-si səhər baş verib. Sosial şəbəkələrdə yayılan videolarda həmin şəxsin tualetdən çıxaraq “Allahu Əkbər” deyə qışqırdığı, “Təyyarəni saxlayın”, “Trampa ölüm”, “Amerikaya ölüm” kimi ifadələr işlədərək bomba partladacağı ilə hədələdiyi görünür.

Təyyarə Londondan Şotlandiyanın Qlazqo şəhərinə uçurmuş. Reys təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatıb. Təyyarə yerə endikdən sonra polis içəri daxil olaraq sərnişini saxlayıb. İlkin məlumata görə, həmin şəxs Hindistan vətəndaşıdır və Birləşmiş Krallıqda qaçqın statusunda yaşayır.

Şotlandiya polisi bildirib ki, sosial şəbəkələrdə yayılan videolar terrorla mübarizə üzrə mütəxəssislər tərəfindən araşdırılır. Saxlanılan şəxsə hansı ittihamların irəli sürüləcəyi hələlik açıqlanmayıb.

Hazırda Donald Tramp Şotlandiyadadır. Onun səfəri iyulun 29-da başa çatacaq. Səfər çərçivəsində Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə ticarət sazişi imzalayıb.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr