AZ

Yəmən husiləri dənizləri od-alova qərq edir – Yeni mərhələ başladı

Yəmən husilərinin Ənsar Allah hərəkatı İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirəcək.

Yenisabah.az xəbər verir ki, bu qərarı üsyançı silahlı qüvvələrin sözçüsü Yəhya Saria Əl-Mariadsi telekanalının efirində açıqlayıb: "Yəmən silahlı qüvvələri fələstinlilərə dəstək olaraq hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsini həyata keçirməyə qərar verib. Bu mərhələyə İsrail limanları ilə işləyən istənilən şirkətin bütün gəmilərinə, milli mənsubiyyətindən asılı olmayaraq və silahlı qüvvələrin əli çatan istənilən yerdə zərbələr endirmək daxildir".

Attachment Pepperoni pizza

Ənsar Allah-ın sözçüsü gəmiçilik şirkətlərinə müraciət edərək, onlara “İsrail limanları ilə əməkdaşlığı dayandırmağı” tövsiyə edib, “əks halda, təyinat yerindən asılı olmayaraq, onların gəmilərinin raket və pilotsuz təyyarələrin mənzili daxilində hücuma məruz qalacağı”nı deyib. Saria gərginliyin qarşısını almaq istəyən ölkələri Qəzza zolağında əməliyyatı dayandırmaq və Fələstin anklavındakı blokadanı ləğv etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb. (Musavat.com)


Telegram kanalımız
Seçilən
33
2
yenisabah.az

3Mənbələr