AZ

Nazirin rəhbərlik etdiyi federasiyanın vergi borcu yarandı

“Azərbaycan Cüdo Federasiyası” İctimai Birliyinin vergi borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, Federasiyanın dövlətə olan borcu 931.39 AZN-dir.

 

Büdcədən maliyyələşən və Nizamnamə kapitalı 0 AZN olan ictimai birliyin qanuni təmsilçisi Rəşad Nəbi oğlu Nəbiyevdir. O, rəqəmsal inkişaf və nəqliyyat naziridir.

 

Xatırlatma: Təşkilata 2024-cü il üzrə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.

 

Cabir

Tarix: 28 İyul 2025, 08:45   
Seçilən
34
4
pravda.az

5Mənbələr