AZ

Bakıda tanımadığı şəxsi çiyninə toxunduğuna görə bıçaqladı - HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əkrəm Pənahovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilib.


İttihama görə, hadisə 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Bakoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.


Belə ki, 1975-ci il təvəllüdlü Əkrəm Pənahov pilləkənlərdə rastlaşdığı zərərçəkmiş İntiqam Yaşarovun (adı, soyadı şərtidir) təsadüfən onun çiyninə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib. O, bu səbəbdən zərərçəkmişi yerə yıxıb qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub. Sonra Əkrəm İntiqamın ayağa qalxıb oradan uzaqlaşmaq istəyinə məhəl qoymadan xuliqanlıq niyyəti ilə cib bıçağı ilə qəsdən onun bədən nahiyəsindən iki dəfə vuraraq xəsarətlər yetirib.


Hadisədən sonra Əkrəm Pənahov saxlanılaraq cinayət məsuliyyətinə cəl edilib.

Kamal Məmmədov 

Tarix: 28 İyul 2025, 08:33   
Seçilən
16
pravda.az

1Mənbələr