AZ

ADB Mərkəzi və Qərbi Asiya regionu üzrə yeni rəhbər təyin edib

Asiya İnkişaf Bankı Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

Banker.az xəbər verir ki, bu barədə ADB-nin press relizində bildirilir.

Leah Gutierrezi ADB-nin Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür.

Seçilən
32
5
banker.az

10Mənbələr