Abşeron Rayon Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada təqsirləndirilən Nəriman İsrafilovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə təqsirsiz bilinib və ona bəraət verilib.
İttihama görə, Nəriman İsrafilov 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri, metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən köşkdən 34 ədəd üzərində “etibarsız” yazısı yazılan 100 manatlıq suvenir əsginazlar alaraq 5 ədədinin üzərində yazılan “etibarsız” sözünü pozanla pozub. Sonra o, saxta pul nominalı hazırlayıb, 15 fevral 2024-cü il tarixdə, saat 02:40 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köşkə yaxınlaşıb. Nəriman həmin saxta 100 manat pul əsginasını satıcıya təqdim edib bir ədəd siqaret və 96 manat qalıq pul alıb.
Hadisədən sonra Nəriman İsrafilov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında o, elan olunmuş ittihamda özünü təqsirli bilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta