AZ

5 dəqiqədə günü pozitiv başla

Səhər saatlarında yaranan zehni qarışıqlıq gün ərzində diqqət və enerji itkisinə səbəb ola bilər. Bu mənfi təsirləri azaltmaq üçün yalnız 5 dəqiqəlik səhər meditasiyası faydalı ola bilər.

 

Pravda.az bildirir ki, meditasiya zehni mənfi emosiyalardan təmizləyərək, insanın günə daha sakit və enerjili başlamasına kömək edir.

 

Araşdırmalar göstərir ki, səhərlər edilən meditasiya gün ərzində emosional tarazlığı qorumağa və stresslə daha asan mübarizə aparmağa imkan verir. Meditasiya eyni zamanda insanın özünə və ətrafına qarşı fərqindəliyini artırır.

 

Beş dəqiqəlik meditasiyanın addımları:

 

Yataqda rahat oturaraq boyun və çiyinləri boşaltmaq.

 

Gözləri yumub, diqqəti iç dünyaya yönəltmək.

 

Dərin nəfəs alıb-verməyə fokuslanmaq.

 

Sonda özünüzə bu 3 sualı vermək: “Bu gün özümü necə hiss edirəm?”, “Bugünkü məqsədlərim nədir?”, “Nəyə ehtiyacım var?”

 

Davamlı tətbiq etməklə vaxtı uzatmaq və sualları fərdiləşdirmək mümkündür.

 

Səhər meditasiyası gündə cəmi bir neçə dəqiqə ayıraraq günə daha balanslı və pozitiv başlamağın sadə bir yoludur.

 

Əminə Bayramova

Tarix: 28 İyul 2025, 08:15   
Seçilən
16
pravda.az

1Mənbələr