İddialara əsasən, daha beş Avropa ölkəsi tezliklə Fələstini tanımaq niyyətindədir.
Moderator.az İsrailin "Kursor" nəşrinə istinadla xəbər verir ki, bu barədə Fələstin muxtariyyətinin baş naziri Məhəmməd Mustafa "Əş-Şərq əl-Avsat" qəzetinə açıqlamasında danışıb.
Hökumət başçısı iddia edir ki, beş Avropa ölkəsi Fələstinin müstəqilliyini rəsmən tanımaq ərəfəsindədir.
Onun sözlərinə görə, tezliklə onlara Avropadan kənar digər ölkələr də qoşula bilər - artıq müvafiq danışıqlar aparılır.
Mustafa vurğulayıb ki, rəhbərlik bu məsələ ilə bağlı danışıqlar aparır.
Daha əvvəl “Kursor” yazıb ki, Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq üçün koalisiya yaratmağa cəhd edib, lakin müttəfiqlərinin dəstəyindən məhrum qalıb.
S.Laçın