AZ

Putin ordusu yenə sərnişin avtobusunu vurdu...-Ölən və yaralananlar var...-FOTO

Bazar günü, iyulun 27-də Putin ordusu Ukraynanın Sumı vilayətinin Yunakivska icmasında dinc sakinlərin olduğu avtobusa hücum ediblər. Hücum nəticəsində ölən və yaralananlar var. 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə mediaya vilayət hərbi idarəsinin sədri Oleq Qriqorov məlumat çatdırıb.
Rayon rəhbərinin sözlərinə görə, saat 16:30 radələrində ruslar İvoljanskoye kəndi yaxınlığında ruslar mülki şəxslərin olduğu avtobusa pilotsuz təyyarə ilə hücum ediblər.
 
"İlkin məlumata görə,  3 nəfər həlak olub. Daha 5 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilir. Yaralılar və qalan sərnişinlər təhlükəsiz əraziyə aparılıb", - Qriqorov bildirib. O, əlavə edib ki, hücumun nəticələri dəqiqləşdirilir.
 
Qriqorov daha sonra aydınlaşdırıb ki, hücum nəticəsində Yunakivska icmasının sakinləri həlak olub, onlar Sumıya evakuasiya edilmiş, lakin vaxtaşırı sərhədyanı ərazilərdə evlərinə və təsərrüfatlarına baş çəkmişlər. Onun sözlərinə görə, yaralıların sayı 19 nəfərə çatıb, bir qadının vəziyyəti son dərəcə ağırdır - hazırda o, əməliyyat olunur. Ümumilikdə avtobusda 39 sərnişin olub.
Xatırladaq ki, 3 ildən çox davam edən savaş boyu Putin ordusunun hərbçiləri Ukraynanın müxtəlif məntəqələrində ya birbaşa zirehli maşınlar, yaxud dronlar vasitəsilə dinc, silahsız insanların olduğu şəxsi avtomobilləri və ya sərnişin avtobuslarını atəşə tutmuş, nəticədə onlarla sakinin ölümü və yaralanmasına səbəb olmuşlar...
 
S.Laçın
 
 
Seçilən
10
moderator.az

1Mənbələr