Avstriyanın xarici işlər naziri Beate Maynl-Raysinqer ölkəsinin neytrallıq statusundan imtina etməsi və NATO-ya mümkün üzvlüyü ilə bağlı ictimai müzakirələrə açıq olduğunu bəyan edib.
APA xəbər verir ki, nazir bu barədə “Die Welt” nəşrinə verdiyi müsahibədə bildirib:
“Aydındır ki, neytrallıq bizi öz-özlüyündə qorumur. Qlobal təhlükəsizlik mühitinin getdikcə daha qeyri-müəyyənləşdiyi və Rusiyanın daha aqressiv davrandığı bir dövrdə Avstriyanı qoruyan amillər müdafiə qabiliyyətimizə investisiyalar və tərəfdaşlıqlardır”, – deyə Maynl-Raysinger vurğulayıb.