AZ

Husilər İsraillə işləyən bütün şirkətlərin gəmilərinə hücum etmək niyyətindədirlər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər, silahlarının əhatə dairəsində yerləşən İsrail limanları ilə əməkdaşlıq edən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria məlumat verib.

"Yəmən silahlı qüvvələri fələstinlilərə dəstək məqsədilyə hərbi əməliyyatları gücləndirmək və düşmənə qarşı dəniz blokadasının dördüncü mərhələsinə başlamaq qərarına gəlib. Bu mərhələ, milliyyətindən asılı olmayaraq, İsrail limanlarında fəaliyyət göstərən istənilən şirkətin bütün gəmilərini və silahlı qüvvələrin əli çatan hər yerdə onları hədəfə almağı əhatə edir", – deyə Marahutsi telekanalına məxsus yayımda Yəhya Saria bildirib.

“Ənsar Allah” ordusunun sözçüsü gəmiçilik şirkətlərinə “İsrail limanları ilə əməkdaşlığı dayandırmaq” çağırışı edib. O, əks halda bu şirkətlərin gəmilərinin təyinat yerindən asılı olmayaraq, raket və pilotsuz uçuş aparatlarının əhatə dairəsində hücuma məruz qalacağını bildirib. Saria, gərginliyin qarşısını almaq istəyən ölkələri İsrailə təzyiq göstərməyə çağırıb ki, Qəzza zolağındakı əməliyyatları dayandırsın və Fələstin anklavındakı blokadanı aradan qaldırsın.

Seçilən
40
operativmedia.az

1Mənbələr