Almaniya Sənaye İttifaqı (BDI) Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan gömrük razılaşmasını kəskin tənqid edib.
APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Sənayeçilərin fikrincə, bu razılaşma "uyğunsuz kompromisdir" və Atlantik okeanının hər iki tərəfində bir-birinə sıx bağlı iqtisadiyyatlara "faciəvi siqnal" göndərir.
Bununla belə, BDI bəyan edib ki, razılaşma vəziyyətin daha da gərginləşməsinin qarşısını alıb və bu, sənədin "yeganə müsbət tərəfidir".