Bakı. Trend:
Suriyada yeni hakimiyyətin rəhbərliyi altında ilk parlamentseçkiləri bu ilin payızında baş tutacaq.
Trend-inməlumatına görə, bu barədə Xalq Məclisinə Seçkilər üzrə AliKomissiyanın sədri Məhəmməd Taha əl-Əhməd açıqlama verib. Onunsözlərinə görə, seçkilər 15–20 sentyabr tarixlərindəkeçiriləcək.
Əsas dəyişikliklərdən biri parlamentdə yerlərin sayınınartırılmasıdır – yeni seçki sisteminə əsasən, deputat yerlərininsayı 150-dən 210-a qaldırılıb. Bu yerlər 2011-ci il əhali siyahıyaalınmasının nəticələrinə əsasən bölgələr üzrə yenidənbölüşdürüləcək. Qeyd olunub ki, 210 deputatdan 70-i birbaşaprezident tərəfindən təyin ediləcək.
Əl-Əhməd bildirib ki, ölkədə nifaq salmağa yönəlmiş fəaliyyətgöstərən və ya cinayətkar qruplara dəstək verən şəxslərinnamizədliyi qəbul edilməyəcək.
Komissiya seçkilərin şəffaflığını təmin etmək məqsədilə onlarınvətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların müşahidəsi altındakeçiriləcəyini, seçici siyahılarına və nəticələrə rəsmi qaydadaetiraz imkanlarının da təmin ediləcəyini vurğulayıb.