BAKI, 28 iyul. TELEQRAF
Suriyadakı yeni administrasiya dövründə ilk parlament seçkiləri bu ilin sentyabr ayında keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə seçki prosesinin rəhbəri Məhəmməd Taha Suriyanın dövlət informasiya agentliyi SANA-ya bildirib.
Onun sözlərinə görə, Xalq Məclisində səsvermə 15-20 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, bu, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra ölkədə keçiriləcək ilk seçkilər olacaq.